Konstitusiya Məhkəməsindən miras və vərəsəliklə bağlı QƏRARbackend

Konstitusiya Məhkəməsindən miras və vərəsəliklə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərar çıxarıb.

İnterpress.az-ın məlumatına görə, həmin maddələrlə miraslıq və vərəsəlik hüququ müəyyən edilir.

Konstitusiya Məhkəməsi qərara alıb ki, miras fiziki şəxsin öldüyü, ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

Miras qoyan insanın öldüyü anda sağ qalan şəxslər vərəsə ola bilərlər.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilməlidir.

Daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə, eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək, hər biri üçün ayrılıqda miras açılır. Bu zaman irsi transmissiyanın tətbiqi istisna edilir.

İnterpress.az