İcra nümayəndəliyinin yerləşdiyi binada yanğınbackend

İcra nümayəndəliyinin yerləşdiyi binada yanğın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində ümumi sahəsi 221 m² olan kənd icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

İnterpress.az