Bakıda yeniyetmə qız dəm qazından boğularaq öldübackend

Bakıda yeniyetmə qız dəm qazından boğularaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetmə dəm qazından boğularaq ölüb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1, ev 7, mənzil 20-də baş verib.

Belə ki, sözügedən ünvanda yaşayan 2004-cü il təvəllüdlü N.Məlikova yaşadığı evin hamam otağında dəm qazından boğularaq vəfat edib.

16 yaşlı qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az