ABŞ-da tornado qurbanlarının sayı 25-ə çatdıbackend

ABŞ-da tornado qurbanlarının sayı 25-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Tennessi ştatında baş verən tornado nəticəsində 25 nəfər ölüb.

“İnterfaks”ın xəbərinə görə, bu barədə ştatın qubernatoru Vilyam Li mətbuat konfransında məlumat verib.

“Bu, dövlətimizdə faciəli, kədərli bir gündür. 25 təsdiqlənmiş ölüm hadisəsi var”, – deyə qubernator bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin axtarışı davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Təbii fəlakət nəticəsində 30 nəfər yaralanıb. Naşvill şəhərində təxminən 48 bina uçub, on minlərlə ev işıqsız qalıb.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın cümə günü fəlakətdən zərər çəkmiş bölgələrə səfər edəcəyini deyib.

Qeyd edək ki, əvvəlcə ABŞ-ın şərqində baş verən tornadonun qurbanlarının doqquz nəfər olduğu bildirilmişdi.

İnterpress.az