Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTO

Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise” öz işinə başlayıb. 

Dərc edilib: 4 mart 2020 [13:59]
Baxış sayı: 15177

Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise” öz işinə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən Forumun məqsədi kiçik və orta biznes (KOB) subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.

Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən Forumun açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, Forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər.

Ölkəmizdə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platforma olan “Caspian Franchise” Forumu Konfrans və Sərgi olmaqla iki hissədən ibarətdir və martın 5-dək davam edəcək. Forumun Konfrans hissəsində Azərbaycanda françayzinqin ən aktual problemləri yerli və xarici mütəxəssislərin və sahibkarların iştirakı ilə müzakirə ediləcək.

Konfrans çərçivəsində “Françayzinq haqqında ümumi biliklər“, “Uğurlu franşizanı necə qurmaq olar?”, “Franşizanı necə dəyərləndirməli?”, “Françayzinqin hüquqi aspektləri”, “Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes” mövzularında panellər təşkil olunacaq.

Forumun Sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradır. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilir.

Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim edirlər.

“Biznesin yarandığı yer” devizi ilə keçirilən “Caspian Franchise” Forumu françayzinq haqqında ətraflı məlumat almaq, uğurlu investisiya fəaliyyəti və yeni biznesə başlamaq üçün əlverişli imkanlar yaradır.
Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTO

Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTO

Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTO












Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249