BŞİH-dən yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə XƏBƏRDARLIQbackend

BŞİH-dən yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiyaedici tədbirlər aparılır.

Bu barədə  Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın və 346 bağçada dezinfeksiya işləri mərhələli şəkildə aparılır:

“Kooperativ binaların, MTK-ların rəhbərlərinə xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri tez bir vaxtda yekunlaşdırılsın”.

Mətbuat xidmətindən hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb.

İnterpress.az