Baş infeksionist Azərbaycanda COVID-19-a yoluxanların vəziyyətini açıqladıbackend

Baş infeksionist Azərbaycanda COVID-19-a yoluxanların vəziyyətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda koronavirus (COVID-19) aşkarlanan üç xəstənin səhhətində ağırlaşma, ciddi dəyişiklik yoxdur, vəziyyətləri stabil olaraq qalır”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, koronavirus ağır gedişata malik xəstəlik deyil:

“Bu baxımdan, hamıda ağırlaşma vermir. 80 faiz insanlarda sağalma ilə nəticələnən respirator virus infeksiyasıdır. Yalnız yanaşı xroniki xəstəliyi olan şəxslərin həyati riski var. Bizdəki xəstələrin heç birində isə yanaşı ağır xəstəliklər yoxdur”.

Baş infeksionist deyib ki, Azərbaycandakı xəstələr xüsusi, ağır müalicəyə cəlb olunmayıblar:

“Onlar adi respirator qrip kimi xəstəxana şəraitində nəzarət altındadırlar. Ümid edirik ki, tez bir zamanda tam sağalıb evlərinə buraxılacaqlar”.

Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.

Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün Təbrizdə səfərdə olub.

29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs Qum şəhərindən gəlib və o da xəstəxanaya fevralın 26-da yerləşdirilib.

İnterpress.az