Bu ölkə lideri koronavirusa yoluxdubackend

Bu ölkə lideri koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) lideri Məhəmməd bin Zayed koronavirusa yoluxub.

“Haber Global”ın məlumatına görə, İsrailin “N12” kanalı bu barədə iddia edib.

Məlumatda deyilir ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayedə koronavirus diaqnozu qoyulub.

Son məlumatlara görə, BƏƏ-də bu təhlükəli virusa yoluxanların sayı 27-yə çatıb. Koronavirus xəstələri hazırda Əbu-Dabidəki xəstəxanada karantin şəraitində müalicə olunurlar.

Yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə məktəblərin və bağçaların fəaliyyəti dayandırılıb.

İnterpress.az