Dünyada 100 minə yaxın insan koronavirusa yoluxubbackend

Dünyada 100 minə yaxın insan koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyədək dünya üzərində 97,3 min insan yeni növ koronavirusa yoluxub.

Xəstəliyə yoluxanların 80409 nəfəri Çinin payına düşür.

“İnterfax” xəbər verir ki, dünyanın digər ölkələrində yoluxanların sayı 16972 nəfər təşkil edir.

Onlardan 2345-i ötən gün yoluxub.

Cənubi Koreyada 6088 yoluxandan 40 nəfəri həyatını itirib, İtaliyada isə 3858 nəfər yoluxub, 148 insan ölüb. İranda 3513 nəfər yoluxandan 107-si vəfat edib.

Başqa ölkələrdə göstəricilər belədir: Yaponiya (1036 nəfər yoluxub, 12 nəfər həyatını itirib), Fransa (423 nəfər yoluxub, yeddi nəfər ölüb), Almaniya (349 nəfər yoluxub), İspaniya (200 nəfər yoluxub, bir nəfər vəfat edib), ABŞ (149 nəfər yoluxub, iki nəfər həyatını itirib), Sinqapur (117 nəfər yoluxub), Böyük Britaniya (115 nəfər yoluxub, bir nəfər ölüb), Honkonq (104 nəfər yoluxub, iki nəfər həyatını itirib).

İndiyədək Çində koronavirusdan 3348, qalan ölkələrdə isə 336 nəfər vəfat edib.

İnterpress.az