Çində həyat öz axarına qayıdırbackend

Çində həyat öz axarına qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus epidemiyası fonunda Çində poçt kuryerləri xidmətləri 90,2 faizə qədər işini bərpa edə bilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Çin dövlət poçt şöbəsinin müdir müavini Lyu Tszyun mətbuat konfransında bildirib.

“Bu günə qədər poçt çatdırılması xidmətlərinin üç milyondan çox işçisi işinə qayıdıb”, – deyə o əlavə edib.

Lyu Tszyun epidemiyaya baxmayaraq, gündəlik daşınmaların sayının 160 milyonu keçdiyini vurğulayıb.

İnterpress.az