ABŞ Suriyada elan edilən atəşkəsə münasibət bildirdibackend

ABŞ Suriyada elan edilən atəşkəsə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Xarici İşlər Nazirliyi Suriyada elan edilən atəşkəslə bağlı açıqlama yayıb.

“İhlas Haber Agentliyi”nin (İHA) məlumatına görə, açıqlamada atəşkəsin bölgədə olan təhlükəli vəziyyətin aradan qaldırılmasında ümid yaratdığı bildirilib.

“İdlibdə Türkiyə-Rusiya atəşkəsini dəstəkləyirik. ABŞ bu yeniliyin detallarını NATO müttəfiqi Türkiyə ilə müzakirə etməyi səbirsizliklə gözləyir.

Artıq əhəmiyyətli olan Suriya hökuməti və dəstəkçilərinin atəşkəsə əməl edib-etmədiyini göstərən addımlardır”.

İnterpress.az