Almaniya və Fransada koronavirusa yoluxanların sayı artıbbackend

Almaniya və Fransada koronavirusa yoluxanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada İtaliyadan sonra Almaniya və Fransa koronavirusa yoluxmuş şəxslərin sayına görə liderliyi saxlayırlar.

Robert Kox İnstitutunun statistikasına görə, Almaniya ərazisində cümə gününə 639 nəfər xəstələnib.

Almaniyanın regionları arasında Şimali Reyn – Vestfaliya (329 nəfər) və Bavariyada (117 nəfər)  virusa yoluxanların sayı daha çoxdur.

Bildirilir ki, Saksoniya-Anhalt AFR-nın epidemiyanın yayılmadığı yeganə regionu olaraq qalıb.

Bununla yanaşı, Fransa hökuməti artıq 613 yoluxma hadisəsi barədə məlumat verir.

İnterpress.az