ABŞ-da kruiz laynerində 21 sərnişin koronavirusa yoluxubbackend

ABŞ-da kruiz laynerində 21 sərnişin koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniya sahillərində lövbər salan “Grand Princess” kruiz laynerində 21 nəfərdə koronavirus aşkar edilib.

RİA “Novosti”nin məlumatına əsasən, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Qeyd edilir ki, 2422 sərnişin və 1111 ekipaj üzvü olmaqla, göyərtədə ümumilikdə 54 ölkədən 3533 nəfər var.

Hazırda laynerdəki 46 nəfər test edilib.

Dünyada COVİD-19 pnevmoniyasına 100 mindən çox insan yoluxub, 3460 nəfər dünyasını dəyişib, 55,5 mindən çox insan isə sağalıb.

İnterpress.az