Bakıda restoranlara gələnlərin sayı azalıbbackend

Bakıda restoranlara gələnlərin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus epidemiyası digər sahələrə olduğu kimi, turizm və hotel biznesinə də mənfi təsir edir. Hazırda turistlər gəzməkdən çox, evdə oturmağı üstün tuturlar”.

Bunu Trend-ə açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, koronavirus turizmə mənfi təsir edib: “Şəhər mərkəzində olan və əsasən turistlərin gəldiyi restoranlar indi iş zəif gedir. Restoranlara nəinki turistlər, hətta yerli sakinlər də az üz tuturlar”.

S.Dübəndi qeyd edib ki, Azərbaycanda bu xəstəlik geniş yayılmayıb: “Biz bu xəstəliyin təsiri altında deyilik. Bu da dövlətin və səhiyyənin sayəsindədir. Ümid ediirəm ki, həm səhiyyə, həm də səhiyyə ətrafında yaradılan qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.

Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olan şəxslərə nəzarət edilir.

Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb.

Profilaktika tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.

Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmir yolunda da aparılır.

ÜST məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.