Şura 2020-ci il 1-ci qrant müsabiqəsinin qaliblərini elan etdi – SİYAHIbackend

Şura 2020-ci il 1-ci qrant müsabiqəsinin qaliblərini elan etdi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 tərəfdaş qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinin qalibi olmuş 423 QHT-nin siyahısı ilə QHT.az saytında tanış ola bilərsiniz.

Müsabiqə qaliblərinin nəzərinə çatdırırıq ki, Şuranın qərarına uyğun olaraq layihə sənədlərində (layihə, icra planı, xərclər smetası və s.) müvafiq düzəlişlərin aparılması və müqavilə layihəsinin razılaşdırılması selis.az saytı üzərindən e-növbə proqramı ilə icra olunacaq.

Böyük məmnuniyyətlə onu da bildirmək istəyirik ki, ilk dəfə olaraq Şura ilə QHT-lər arasında qrant müqavilələrinin bağlanması \”ASAN imza\” vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Şuranın qərarından narazı qalan QHT-lər martın 16-dək selis.az saytı üzərindən e-apelyasiya proqramı vasitəsi ilə müraciət edə bilər.