Erkin Qədirli parlamentin bu komitələrinin üzvü olacaqbackend

Erkin Qədirli parlamentin bu komitələrinin üzvü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisə növbədənkənar seçkilərdə deputat seçilən Erkin Qədirli parlamentin iki komitəsinin üzvü olacaq.

İnterpress.az-ın məlumatına görə, bu barədə Erkin Qədirli özünün “Facebook” hesabında bildirib.

O bildirib ki, bu gün Milli Məclisin Aparatında olub, deputat nişanını və rəsmi blankları alıb.

“Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər”,- deyə Erkin Qədirli əlavə edib.

Onun sözlərinə görə, Milli Məclisin iki komitəsinə yazılıb.

“Əsas komitəm Hüquq siyasəti və dövlət quruculuğudur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə də üzv yazıldım”,- deyə o əlavə edib.

Qeyd edək ki, Erkin Qədirli fevralın 9-da keçirilən seçkilərdə 16 Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.

İnterpress.az