Həbs edilən Səudiyyə şahzadələri villalarda saxlanılırbackend

Həbs edilən Səudiyyə şahzadələri villalarda saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın yeddisi xəyanətdə şübhələnərək saxlanılan Səudiyyə Ərəbistanı Kralının qardaşı Əhməd ben Abdel Əziz və qardaşı oğlu Məhəmməd ben Naif villalarda ev dustağı həyatı sürdürürlər.

“İnterfaks” xəbər verir ki, onlar ailələri ilə görüşmək imkanı əldə ediblər.

Məlumata əsasən, şahzadələrə zövcələrinə zəng vurmağa icazə veriblər. Bundan əlavə, Əhməd qohumlarından ona əba göndərmələrini xahiş edib.

Şahzadələrin kralın səhhətinin pisləşməsi ilə əlaqədar saxlanıldığı deyilir.

İnterpress.az