Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaqbackend

Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

İnterpress.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədiyi gündən etibarən bir həftə müddətində yeni çağırış parlament ilk iclasına toplanmalıdır.

Bunun üçün ən son gün martın 12-nə düşür.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

Fevralın 9-da keçirilən seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi buna görə də 121 nəfərin deputatlığını təsdiq edib.

Ümumilikdə 125 seçki dairəsi üzrə 87 seçki məntəqəsi buraxılıb, 328-nin isə nəticələri ləğv edilib.

İnterpress.az