SIPRI: Azərbaycan Ermənistandan daha çox silah əldə edibbackend

SIPRI: Azərbaycan Ermənistandan daha çox silah əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 2015-2019-cu illərdə dünyanın TOP-40 ən böyük əsas silah idxalçıları sırasına daxildir və Qazaxıstandan sonra (25-ci yer) alıcıların ümumi reytinqində 30-cu yeri tutaraq postsovet məkanında ikinci ən böyük silah idxalçısıdır.

Media.Az xəbər verir ki, sözügedən məlumatları Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutu təqdim edib.

Tədqiqatda son illərdə Azərbaycan və Ermənistanın silah, o cümlədən raket idxalı hesabına hərbi potensialını inkişaf etdirdiyinə diqqət çəkilir.

“2015-2019-cu illərdə yenidən Ermənistanla Azərbaycan arasında silahlı toqquşmalar baş verdi. Hər iki ölkə silah, o cümlədən bir-birinin ərazisindəki hədəflərə hücum edə biləcək raketlər hesabına hərbi potensialını artırır”, – SIPRI-dən bildirilib.

Həmçinin, son beş ildə Ermənistanın demək olar ki, bütün silah idxalını (94 faiz) Rusiyadan həyata keçirdiyi qeyd olunub.

Hesabat müddətində Azərbaycana əsas silah tədarükçüləri İsrail (60 faiz), Rusiya (31 faiz) və Türkiyə (3.2 faiz) olub.

Azərbaycan İsrailin Hindistandan (45 faiz) sonra ikinci böyük silah alıcısı olub. İsrailin hərbi ixracının altıda bir hissəsi (17 faiz) Azərbaycanın payına düşüb.

Yeni məlumatlara əsasən, dünya silah ixracında Azərbaycanın payı 0.8 faiz təşkil edib. 2015-2019-cu illərdə əvvəlki beşillik dövrlə (dünya idxalının 1.5 faizi) müqayisədə silah idxalı 40 faiz azalıb.

Bu azalmaya baxmayaraq, 2015-2019-cu illərdə Azərbaycanın silah idxalı Ermənistanın analoji idxalını 3.3 dəfə üstələyib.

SIPRI-nin silah tədarükü ilə bağlı yeni məlumatlarına əsasən, dünyada son beş ildə ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Almaniya və Çin, ən böyük silah idxalçısı isə Səudiyyə Ərəbistanı olub.

İnterpress.az