Tanınmış aparıcının tikdirdiyi villasından oğurluq edən şəxslər saxlanıldıbackend

Tanınmış aparıcının tikdirdiyi villasından oğurluq edən şəxslər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun yaxınlığında tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar – 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

İnterpress.az