Bakıda mebel sexinin işçisi lift şaxtasına yıxıldıbackend

Bakıda mebel sexinin işçisi lift şaxtasına yıxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 7-də saat 23:00-da Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ziya Bünyadov prospektində yerləşən dördmərtəbəli binada mebel sexinin işçisi, Bakı şəhər sakini Elnur Rəhimov (1997-ci il təvəllüdlü) liftin şaxtasına yıxılıb.

E.Rəhimov 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Nərimanov rayonu 17-ci polis şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az