Bakıda qəza nəticəsində üç nəfər həyatını itirdibackend

Bakıda qəza nəticəsində üç nəfər həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 9-da Bakıda üç ağır avtomobil qəzası baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Ötən gecə saat 23:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində 26 yaşlı Mirhüseyn Nəbiyev “Xəzər” markalı avtomobili ilə velosipedçi 46 yaşlı Aydın Ağayevi vuraraq hadisə yerindən qaçıb.

Velosipedçi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və bir saatdan sonra aldığı xəsarətlərdən ölüb.

M.Nəbiyev 14-cü polis bölməsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

Saat 19:45 radələrində Xətai rayonu Zığ şossesində “Mitsubishi” markalı avtomobili idarə edən 72 yaşlı yerli sakin Tofiq Məmmədov səhv yoldan keçən 82 yaşlı Rübabə Bağırovaya çırpılıb. Yaşlı qadın hadisə yerində həyatını itirib.

Bu faktla bağlı istintaq 36-cı polis bölməsi tərəfindən aparılır.

Bazar ertəsi digər qəza qurbanı – 35 yaşlı Heyran Mahmudova isə Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Fevralın 25-də o, Bakıxanov qəsəbəsində 43 yaşlı Zaur Rəhmanovun idarə etdiyi “Renault” markalı avtomobilin altında qalaraq ölüb.

İnterpress.az