Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HALbackend

Milli Məclisin yeni sədri kimdir? – TƏRCÜMEYİ-HAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri vəzifəsinə seçilən Sahibə Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

İnterpress.az-ın məlumatına görə, o, 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.

S.Qafarova 2004-cü ildən universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor kimi fəaliyyət göstərir.

Ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir.

Filologiya sahəsi üzrə Gender problemlərinin tədqiqi ilə məşğuldur.

S.Qafarova dördüncü, beşinci çağırış Milli Məclisin deputatı olub.