Tənzilə Rüstəmxanlı : Sizin dərdiniz əslində qadın haqları da deyilbackend

Tənzilə Rüstəmxanlı : Sizin dərdiniz əslində qadın haqları da deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir millətin mədəniyyəti, onun qadına olan münasibətilə ilə ölçülür düşüncəsində olanlardanam. Azərbaycan Türk Qadınlar Birliyini də bu amacla qurmuşdum. Millətimin ən qiymətli dəyərlərindən olan qadınımızın haqlarını qorumaq üçün. Qadınımızla hər zaman qürür duymuşam, tarixdəki türk qadını obrazı mənim onur mənbəyim olub. Yazılan romanların, çəkilən filimlərin, ən müsbət, ən mübariz, ən şərəfli qəhrəmanı mənim millətimin qadını olub və olacaqdır. Bizim qadınımız Ailənin təməl daşıdır ki, bütün mənəvi dəyərlər onun üzərində inşa edilir. Biz qadınımıza sadəcə ailənin qurucusu və qoruyucusu kimi baxmırıq. Qadın bizim törəmizdə cənnət ayaqları altında olan Ana, uğrunda can verdiyimiz Vətən, ona görə, dünyanı qarşımıza aldığımız Yardır.
Uğruna yoluna baş qoyduğumuz Namusdur və ən önəmlisi, hər şeydən üstün tutduğumuz Şərəfimizdir. Bizdə qadın anlayışı budur. Biz qadınımızı sadəcə mətbəximizdə görmədik. Bizim qadınımız Azərbaycan millətinə müstəqillik qazandıran mücahitlərlə çiyin- çiyinə durub, dövlət quruculuğunda ön sırada yer alıb, savaşda qəhraman olub. Mənim millətimin qadını iffətlidir, yol-yördəm biləndir, namusu üçün ölümü gözə alan, kirlədilməsin deyə, sivri qayalardan özünü atıb şəhid edən, millətinin dəyərlərini satmaz, ailəsinin şərəfini hər zaman qoruyandır.

İndi peyda olmuş, bir sürü hər şeyini itirmiş, ana tərbiyəsi görməyən dəyərsizlər mənim millətimin qadını ola bilməz. Qadına hər cür şiddətin əleyhinəyəm, haqqı pozulanları da həmişə müdafiə etmişəm və edəcəm də. Ancaq \”qadına azadlıq\” deyərək küçələrə tökülən bəzilərinin özlərinin Azərbaycan qadını adına ləkə olduqları düşüncəsindəyəm.

Sizin dərdiniz əslində qadın haqqları da deyil. Ancaq inanın ki, bu oyunlarla maneəsiz getmək istədiyiniz ölkələrdə belə bu cür əxlaqsızlıqlara yer yoxdur. Təəssüf ki, ailələrinizin adını rüsvay etdiniz. Millətimiz üçün heç bir şey ifadə etməsəniz də…

Bir daha unutmayın ki, bizim üçün qadın Ana Vətəndir! Azərbaycan qadını dövlət kimi qadındır, hər zaman da dövlətinin də yanındadır!
Vətənimizi kirlətməyin!
Əllərinizi dövlətimizdən çəkin!!!

Tənzilə Rüstəmxanlı
Azərbaycan Türk Qadınlar Birliyinin sədri