Bakıda məşhur müğənninin maşını qarət edildibackend

Bakıda məşhur müğənninin maşını qarət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan maşından 3500 manat məbləğində pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə  Bakı Şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində “Toyota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.

Həmin müraciət üzrə Bakı Şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-Axtarış Şöbəsi, 9-cu Polis Bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan olan 1993-cü il təvəllüdülü Nurəddin Qarayev saxlanılaraq, istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, fevralın 11-də Xətai rayonu, Telnov küçəsində “Toyota” markalı avtomobildən eyni usulla 1200 manat dəyərində noutbuku oğurlayıb.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Humay Qədimova tanınmış tarzəndir. O, son dönəmlər müğənni kimi də fəaliyyət göstərir.

İnterpress.az