İrandan COVID-19-la bağlı maraqlı AÇIQLAMAbackend

İrandan COVID-19-la bağlı maraqlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yeni tip koronavirus (COVID-19) səbəbindən həyatını itirən tibb işçiləri şəhid sayılacaq.

Bu barədə “HaberGlobal” İran Dövlət Televiziyasına istinadla məlumat yayıb.

Bildirilir ki, İranın Ali Lideri Ayətullah Xameneyi Səhiyyə naziri Səid Nəməkinin bu barədə təklifini qəbul edib. Beləliklə, COVID-19-la mübarizə əsnasında həyatını itirən həkim, tibb bacısı və səhiyyə personalı “vəzifə şəhidi” sayılacaq.

Qeyd edək ki, İİR parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, millət vəkili Şahruz Berzeger ölkədə koronavirusdan (COVID-19) başqa, mənşəyi bəlli olmayan bir virusun da yayıldığını bildirib.

İnterpress.az