Əfqanıstan hökuməti həbsxanalarda olan talibləri azadlığa buraxacaqbackend

Əfqanıstan hökuməti həbsxanalarda olan talibləri azadlığa buraxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstan Prezidenti Əşrəf Qani həbsxanalarda olan “Taliban” qruplaşmasının üzvləri ilə bağlı əfv fərmanı imzalayıb.

“TOLO News” xəbər verir ki, onların azadlığa buraxılması prosesi martın 13-də başlayacaq.

Prezident fərmanının detalları martın 11-i elan ediləcək.

Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.

Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.

Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib.

İnterpress.az