SOCAR-da “Özbəkneftegaz”’ rəhbərliyi ilə görüş keçirildi – FOTObackend

SOCAR-da “Özbəkneftegaz”’ rəhbərliyi ilə görüş keçirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Özbəkneftegaz” ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, görüşdə SOCAR və “Özbəkneftegaz” arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilib, “Özbəkneftegaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu vurğulanıb.

Azərbaycanın qlobal brendinə çevrilmiş SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilib, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınıb.

SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin, Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilib.

Görüşdə SOCAR-ın 2005-ci ildə qəbul etdiyi 10 illik strateji inkişaf planının əhəmiyyəti vurğulanıb, bildirilib ki, hazırda SOCAR və məşvərətçi “McKinsey” şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.

SOCAR-da “Özbəkneftegaz”' rəhbərliyi ilə görüş keçirildi - FOTO

SOCAR-da “Özbəkneftegaz”' rəhbərliyi ilə görüş keçirildi - FOTO

SOCAR-da “Özbəkneftegaz”' rəhbərliyi ilə görüş keçirildi - FOTO