Güzgü ilə yemək arasında əlaqəbackend

Güzgü ilə yemək arasında əlaqə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Niderlanddan olan alimlər 100-dən artıq könüllü üzərində keçirdikləri sınaqlar nəticəsində iddia edirlər. Belə ki, onlardan bir hissəsi daima güzgüyə baxmalı olub. Digərlərinə isə bu qadağan olunub.

Təcrübədən sonra bəlli olub ki, güzgüdə özünə daha çox baxanlar tez-tez soyuducuya tərəf gediblər. Tox olanda da yeyiblər. Güzgüyə baxmayanlarda isə bu hallar demək olar baş verməyib.

Məntiqlə insanlar xarici görünüşərinə çox diqqət verdiklərindən formalarını qorumaq üçün az yeməlidirlər. Amma psixika tərsinə işləyir.

Mütəxəssislər bildirir ki, güzgü qarşısında özünə çox baxanlar eqosentrizmə və özünü bəyənməmə kompleksinə meyili olurlar. Bu da onları artıq qida qəbul etməyə sövq edir.

İnterpress.az