Bakıda 33 yaşlı kişi bıçaqlandıbackend

Bakıda 33 yaşlı kişi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 33 yaşlı kişi bıçaqlanıb.

İnterpress.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Ağayev küçəsində qeydə alınıb.

Küçədən keçən 1987-ci il təvəllüdlü Elşən Quliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

İnterpress.az