Qazaxıstanın ilk prezidentinin qızı və nəvəsinin əmlakına həbs qoyuldubackend

Qazaxıstanın ilk prezidentinin qızı və nəvəsinin əmlakına həbs qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızı və nəvəsinin əmlakına “İzahedilməmiş Sərvət Sərəncamı” (Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün qanundur – red.) əsasında həbs qoyulub.

Bu barədə BBC “Transparency İnternational və Finance Uncovered” tərəfindən aparılan istintaqa istinadən xəbər yayıb.

Bildirilir ki, Nursultan Nazarbayevin qızı – Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva, onun böyük oğlu Nurəli Əliyev və həyat yoldaşı Aida 100 milyon dollardan çox qiyməti olan mülk alıblar.

Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin müstəntiqlərinin bildirdiyinə görə, Antil adaları, Panama və Angilya ofşorlarında sənədləşdirilən mülklər cinayət yolu ilə əldə edilib.

London Ali Məhkəməsi 2019-cu ildə üzərinə həbs qoyulan əmlak sahiblərinin etirazlarını qəbul etmədən, bu məlumatların açıqlanmasına icazə verib.

İnterpress.az