Ukraynaya 1 milyardlıq hərbi yardımbackend

Ukraynaya 1 milyardlıq hərbi yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hərbi işlər komitəsinin rəhbəri Mek Tornberi və konqresmen Adam Smitin başçılığı ilə hazırlanan sənədə əsasən Ukrayna təlim vasitələri, müdafiə məqsədli uçuş aparatları, lojistik dəstək vasitələri ilə 2017-ci ilin 30 sentyabrına qədər təmin olunmalıdır.

Adam Smit bildirib ki, Rusiya “soyuq müharibə” illərinə geri dönmək istəyir: “İqtisadi sanksiylar hələ Putini fikrindən döndərə bilməyib”.

Ötən ilin dekabrında ABŞ Konqresi “2014-cü ilin Ukraynanın azadlığını dəstək akı”nı qəbul edib. Bu sənəd Rusiya şirkətlərinə sanksiyalar tətbiq etməyi və Ukraynaya hərbi yardıma imkan verir. Hazırda bu qanun layihəsi genişləndirilir. Bu il ABŞ Kiyevə 350 milyon dollar ayırıb.

İnterpress.az