Bakı Limanında xeyli sayda TIR-ların qalmasının səbəbi açıqlandıbackend

Bakı Limanında xeyli sayda TIR-ların qalmasının səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin ərazisində xeyli sayda TIR-ların toplanması müşahidə edilir\”.

Report-un məlumatına görə, bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində Bakı Limanının baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb koronavirusun (COVİD-19) yayılması fonunda Türkiyə TIR-larının İran ərazisi ilə Türkmənistana keçirilməsinə qoyulan məhdudiyyətlərdir: “Yük axını baxımından bu, çox müsbət haldır. Bakı Limanına keçid prosedurlarını asanlaşdırmaq, çox gözləmədən TIR-ların o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir”.

T.Əliyev hesab edir ki, buna baxmayaraq, koronavirusun yükdaşımalara mənfi təsiri var: “Bu onunla bağlıdır ki, limandan keçən müəyyən tranzit yüklərini bəzi ölkələr qəbul etmir: “Ötən il Liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-ə qədər artım qeydə alınıb. Bu il üçün Liman bütün istiqamətlər üzrə artım gözləyir”.

İnterpress.az