Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan əhalisinin 20 faizi qan qohumudur - AÇIQLAMA

“Mövcud altı mindən çox irsi xəstəliyin əksəriyyəti monogen irsi xəstəliklərdir".

Dərc edilib: 11 mart 2020 [13:39]
Baxış sayı: 3560

“Mövcud altı mindən çox irsi xəstəliyin əksəriyyəti monogen irsi xəstəliklərdir. Onlara genetik, Mendel miras növü olan xəstəliklər deyilir (Mendel qanununa əsasən, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdir. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən nəsilə ötürülmüş olur)”.

Bu barədə Media.Az-a müsahibəsində biologiya elmləri doktoru, ekspert-genetik Elxan Rəsulov deyib.

E.Rəsulovun sözlərinə görə, əgər valideynlər qohumdurlarsa, patoloji genin daşıyıcılardan (valideynlərdən) uşağa ötürülməsi ehtimalı orta populyasiya tezliyi ilə müqayisədə 23-30 dəfə artır.




“Təəssüf ki, bizdə qohum nikahları çoxdur. Bunlar, əsasən, ikinci tip - əmi uşaqları arasında bağlanan nikahlardır. Bu çox təhlükəlidir. Əhalinin təxminən 20%-ə qədərinin ikinci, üçüncü, dördüncü və uzaq tipli qan qohumluğu var. Bunların hər biri özlüyündə arzuolunmazdır”, - deyə E.Rəsulov bildirib.

O, Qazaxıstanı misal çəkərək orada insanların evlənmədən yeddi nəsil əvvəlki qohumluq əlaqələrinin yoxlandığını və ona görə də, irsi xəstəliklərin az olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, genetiklərin müşahidələrinə əsasən, talassemiya daşınması tezliyi ölkəmizdə 7-8% təşkil edir.

“Talassemiya geninin yayılması baxımından İtaliyanın Sardiniya adası liderliyini qoruyub saxlayır (23-30%). Sonrakı yerlərdə Kiprin şimal və cənub bölgələri - 17%, Malayziya -16%, Yunanıstan və Türkiyədir - 9-12%. Şükürlər olsun ki, biz ilk beşlikdə deyilik”, - mütəxəssis deyib.

Azərbaycanda ailə qurma problemi o qədər təhlükəli əhatədə yayılıb ki, dövlət səviyyəsində, necə deyərlər, “vəziyyətdən çıxmaq” qərarına gəlinib. Buna görə də, 2015-ci ildən başlayaraq ölkədə evlənən cütlüklər məcburi tibbi müayinədən keçməlidirlər. Əlbəttə ki, qan qohumları arasında rəsmi nikah qadağası haqqında söhbət gedə bilməz. Ancaq məcburi tibbi müayinə kimi tədbirlər bu zərərli adətin təzahürü hallarını azaldır və eyni zamanda, gələcəkdə bir uşağın doğulmasında ortaya çıxa biləcək risklər barədə ər-arvadları məlumatlandırır.

Eyni zamanda, Media.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən şöbədə qan qohumluğu ilə bağlı nikahlarla əlaqəli statistikanın olmadığı bildirilib.

“Ümidli Gələcək” QHT-nin (qeyri-hökumət təşkilatı) rəhbəri Kəmalə Aşumova hesab edir ki, qan qohumları arasında nikah problemi hələ də aktualdır.

“Layihələr və proqramlar insanları maarifləndirərək həyata keçirilir. Biz xüsusi müdafiəyə ehtiyacı olan uşaqların doğulduğu, valideynlərin yaxın qohum olduğu, eləcə də erkən yaşda evlənən ailələrlə işləyirik”, - deyə Kəmalə Aşımova qeyd edib.

Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə və strukturlarda bu istiqamətdə maarifləndirmə işləri aparılmasından asılı olmayaraq bölgələrdə fəaliyyəti yerli icra orqanları vasitəsilə dərinləşdirmək lazımdır.

“Bundan əlavə, prosesdə birbaşa iştirak edə biləcək din xadimləri ilə görüşlər keçirmək lazımdır. Çünki rəsmi nikahın qeydiyyatı mümkün olmadıqda, din xadimləri dini nikah prosesini həyata keçirirlər”, - deyə QHT rəhbəri vurğulayıb.

K.Aşımova dövlət qurumlarının bu istiqamətdə gördüyü işlərlə yanaşı, əhali arasında daim maarifləndirici iş aparmaq, statistik məlumatlar və əyani nümunələr göstərmək lazım olduğunu bildirib.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 252