Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanlı mühacirlərlə bağlı yeni layihəyə start verilib - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı mühacirlərin fəaliyyətindən bəhs edən yeni layihəyə başlayıb.

Dərc edilib: 11 mart 2020 [14:29]
Baxış sayı: 3763

İnterpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı mühacirlərin fəaliyyətindən bəhs edən yeni layihəyə başlayıb. Layihə çərçivəsində ötən əsrin əvvəllərindən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən qısa videolar hazırlanaraq təqdim olunacaq.

Layihəyə Türkiyədə yaşayan mühacirlərin həyat hekayələrinin təqdim olunması ilə start verilib. Videoların mətni mühacirlərlə bağlı araşdırmaların müəllifi, "Çapar” tarix jurnalının baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədə məxsusdur.

Qeyd edək ki, mühacirlərin həyatı Azərbaycan diaspor tarixinin öyrənilməsi üçün ciddi əhəmiyyətə malikdir. Mühacirlərin arasında siyasətçilər, ədəbiyyatçılar, hüquqşünaslar, şairlər və digər sahələrdə uğur qazanmış şəxslər olub. Onlar yaşadıqları ölkələrdə həm Azərbaycanın istiqlal mübarizəsini aparıb, həm də öz sahələri üzrə mühüm işlər görüblər.
Azərbaycanlı mühacirlərlə bağlı yeni layihəyə start verilib - VİDEO

Azərbaycanlı mühacirlərlə bağlı yeni layihəyə start verilib - VİDEO








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 250