Azərbaycanda dördüncü sinif şagirdinin intiharının təfərrüatı: Atası evlənib…backend

Azərbaycanda dördüncü sinif şagirdinin intiharının təfərrüatı: Atası evlənib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Sabirabadda dördüncü sinif şagirdi intihar edib.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, dörd il əvvəl uşağın anası vəfat edib və bundan sonra ata yenidən evlənib.

“Bu evlilikdən atanın başqa bir övladı olub. Məktəblinin özünə qarşı diqqət görməməsi səbəbindən özünü bədbəxt hiss etdiyi ehtimallar arasındadır”.

Qeyd edək ki, rayonun Sərxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib. O, orta məktəbin dördüncü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az