Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi – FOTObackend

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bundan sonra Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını ziyarət edib.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Berdiməhəmmədov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO