Məhkumlarla görüşlər və sovqat qəbuluna qoyulan məhdudiyyətlə bağlı RƏSMİ AÇIQLAMAbackend

Məhkumlarla görüşlər və sovqat qəbuluna qoyulan məhdudiyyətlə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus təhlükəsi ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə görüşlərin və sovqat qəbulunun məhdudlaşdırılması ilə bağlı qərar hələ qüvvədədir”.

Bu barədə açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

O qeyd edib ki, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə cəzaçəkmə müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.

M.Sadıqov deyib ki, məhdudlaşdırmanın nə zaman aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Çinin Uhan əyalətində aşkarlanan koronavirus (COVID-19) təhlükəsi qısa zamanda bir çox ölkələrə yayılıb. Ən son məlumata görə, Azərbaycanda 10 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.

İnterpress.az