Azərbaycanda deputat seçilən rektorun vəzifəsini o icra edəcəkbackend

Azərbaycanda deputat seçilən rektorun vəzifəsini o icra edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti olaraq icra edən şəxs təyin edilib.

Bu barədə Oxu.Az-a İnstitutdan bildirilib.

Məlumata qeyd edilib ki, adətən, belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir:

“Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib” .

Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.

Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

İnterpress.az