Gənclərin İnkişaf və Karyera Mərkəzində “Plastiksiz Dünya” adlı layihə keçirildibackend

Gənclərin İnkişaf və Karyera Mərkəzində “Plastiksiz Dünya” adlı layihə keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 fevral – 1 mart 2020-ci il tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olmuş daha təmiz gələcək naminə gənclər arasında ekoloji maarifləndirmənin artırılması istiqamətində “Plastiksiz Dünya” adlı layihə keçirilmişdir.

“Plastiksiz Dünya” layihəsi Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu (Ekoloji təhsil və maarifləndirmə) maddəsini və BMT-nin qəbul etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutur. Layihənin əsas məqsədi iqlim dəyişikliklərinə qarşı mübarizədə, həmçinin dəniz ekosistemlərinin mühafizəsində gənclərin birgə fəaliyyətinin artırılmasından ibarətdir.

Ümumilikdə 20 gəncin iştirakı ilə həyata keçirilən tədbirdə layihə rəhbəri Umigülsüm Mustafayeva açılış nitqindən sonra iştirakçılara baş tutan layihə haqqında, eləcə də, Gənclər Fondunun fəaliyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra təlimçi Məhbubə Əliyeva tərəfindən ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı “Ətraf mühiti necə qorumalı və niyə plastik çirklənmə fərdidir” və “Birdəfəlik istifadəyə birdəfəlik yox” mövzularında təlim keçirilmişdir. Layihənin ikinci günü təlimçi Əkbər Cəlilov tərəfindən plastik tullantıların ətraf mühitə olan zərərləri ilə bağlı nəzəri təlimlər ilə davam etmişdir.

İki günün sonunda təlimlərin effektivliyinin artırılması məqsədi ilə gənclərin təbiətlə dostluğunun nümunəsi olaraq Hövsan çimərliyində təmizlik aksiyası keçirilmişdir.

#AzGF #GenclerFondu #reduceplasticpollution #plastikəyox