Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldübackend

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib.

Bu barədə Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:

“Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.

Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:

“Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.