Ağcabədidə oğlunu öldürən ata həbs edildibackend

Ağcabədidə oğlunu öldürən ata həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda qətl törədən şəxs həbs edilib.

Bu barədə Ağcabədi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 11-də səhər saatlarında Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərov evində münaqişə zəminində oğlu T.Cəfərovu qətlə yetirib.

İnterpress.az