Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi

Azərbaycanın qadınlardan ibarət boks millisinin üzvü Məryəm Cəbrayılova (-69 kq) Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə gedə bilməyib.

Dərc edilib: 13 mart 2020 [11:37]
Baxış sayı: 18185

Azərbaycanın qadınlardan ibarət boks millisinin üzvü Məryəm Cəbrayılova (-69 kq) Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə gedə bilməyib.

İnterpress.az-ın xəbərinə görə, Minskdə keçirilmiş II Avropa Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olmuş Cəbrayılova heç hava limanına getməyə lüzum görməyib.

Buna səbəb onun üzərində cinayət işinə dair qərarın olmasıdır. Çıxarılmış məhkəmə qərarına əsasən, idmançımıza ölkədən kənara çıxmama qadağası qoyulub. Nəticədə, Azərbaycan millisi Londona 12 yox, 11 boksçu (səkkiz kişi və üç qadın) ilə yollanmalı olub.

Qeyd edək ki, Məryəm Cəbrayılova ötən ilin mayın 5-də Günay Zeynalova adlı qadını səkkiz yaşlı qızının gözü önündə döyüb. O, öz maşınından düşərək, Zeynalovanın üz və baş nahiyəsinə zərbələr endirib.

Günay Zeynalovanın şikayəti əsasında cinayət işi açılıb. Səbail Rayon Məhəkəməsi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud şəkildə pozma, şəxslər üzərində zor tətbiq olunması) maddəsi ilə onu cərimələyib. Cərimənin məbləği 1000 manatdan üç min manatadəkdir. Həmçinin, azadlığın məhdudlaşdırılması – ölkədən kənara çıxmama qadağası qoyulub.

Məryəm Cəbrayılova bununla bağlı ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prosesdə I instansiyada çıxarılan hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Məryəm Cəbrayılova əvvəl gənclər arasında Avropa üçüncüsü olub. O, ötən il Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında yeganə qadın boksçu kimi təmsil edib.
Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi

Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi

Azərbaycanlı qadın boksçu cinayət işinə görə yarışa gedə bilmədi






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 249