Türkiyədə əcnəbini “koronavirus yaymasına görə” bıçaqladılarbackend

Türkiyədə əcnəbini “koronavirus yaymasına görə” bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərində yerli vətəndaş əcnəbini bıçaqlayıb.

“HaberGlobal”ın məlumatına görə, U.G. göl kənarında balıq tutan əfqan mənşəli xarici vətəndaşlarla mübahisə edib.

O, əfqanlara “siz burada koronavirusu yayırsınız” deyib və Həbibullah adlı şəxsə hücum edərək onu bir neçə dəfə bıçaqlayıb.

Hadisə yerinə gələn tibb işçiləri vəziyyəti ağır olan Həbibullahı xəstəxanaya yerləşdiriblər.

Polis nəzarətinə götürülən U.G.-nın psixoloji problemlərinin olduğu iddia edilib.

Faktla bağlı araşdırma davam edir.

İnterpress.az