Parlament əmanətlərlə bağlı sənədi qəbul etdibackend

Parlament əmanətlərlə bağlı sənədi qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

İnterpress.az-ın xəbərinə görə, dəyişiklik barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Qeyd edək ki, dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması daha doqquz ay uzadılıb.

Bununla da əmanətlərin tam sığortalanmasının müddəti 4 il 9 ay olub.

Xatırladaq ki, 2016-cı ilin martın 4-də “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minib.

Bundan sonra banklarda qəbul edilən tam sığortalanmaya (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanılıb. Bu şərtlər çərçivəsində, 4 mart 2016-cı il – 4 mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub.

Dəyişiklik ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

İnterpress.az