Maldiv adalarında koronavirus karantini üçün kurort açıldıbackend

Maldiv adalarında koronavirus karantini üçün kurort açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maldiv adalarında koronavirus karantini üçün dünyada ilk kurort açılıb. Bu məqsədlə Vilivaru adasında 10 gün ərzində yeni hotel inşa edilib.

ATOR (Rusiya Turizm Operatorları Assosiasiyası) bu barədə yerli hakimiyyət orqanlarına əsasən məlumat yayıb.

Bildirilir ki, hoteldəki 30 otağın hər biri qapalı havalandırma sistemi ilə təchiz olunub. Qonaqlara otaqlarında gündə üç dəfə yemək veriləcək. Eyni zamanda, mini-bar və LCD TV onların ixtiyarına veriləcək.

Tibb işçilərinin hökumət tərəfindən maliyyələşdiriləcəyi bildirilir. Xidmətin “lüks üslubunda” təşkil olunduğu qeyd edilir.

Eyni zamanda, burada qonaqların bir-biri ilə təması və qonaq qəbulu qadağandır.

İnterpress.az