YAP-ın xüsusi iclasında nələr müzakirə olundu? – AÇIQLAMAbackend

YAP-ın xüsusi iclasında nələr müzakirə olundu? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən xüsusi iclasında qarşıda duran vəzifələr müzakirə olunub.

Bu barədə Oxu.Az-a YAP-çı deputat Tahir Rzayev məlumat verib.

O bildirib ki, iclasda Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında səsləndirdiyi tövsiyələr barədə tapşırıqlar verilib.

“İclasda qeyd olundu ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar aktiv olsunlar. Həmçinin, bildirildi ki, YAP-ın şəhər və rayon təşkilatları ilə də əlaqələr gücləndirilsin”, – deyə Tahir Rzayev əlavə edib.

İnterpress.az