Premyer Liqa təxirə salındı, İngiltərə millisinin oyunları ləğv olundubackend

Premyer Liqa təxirə salındı, İngiltərə millisinin oyunları ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının oyunları aprelin 4-dək təxirə salınıb.

İnterpress.az Premyer Liqanın saytına istinadən xəbər verir ki, tibbi heyətin məsləhətinə və hazırkı duruma əsasən qarşıdakı iki tur nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

Premyer Liqanın baş icraçı direktoru Riçard Masters bu haqda bunları deyib:

“Hər şeydən əvvəl Mikel Arteta, Kolum Hadson-Odoyun və COVID-19-dan əziyyət çəkən hər kəsin sürətli şəkildə sağalmasını arzulayırıq. Klublarımız, hökumət, futbol assosiasiyası və İngiltərə Futbol Liqası ilə sıx şəkildə işləyirik. Oyunçuların, klub rəsmilərinin və azarkeşlərin sağlamlığı və rifahı bizim üçün hər şeydən önəmlidir”.

Premyer Liqadan başqa, ölkə kuboku, Çempionşip, Liqa 1, Liqa 2, Akademiya və gənclər komandalarının oyunları, həmçinin qadın futbolçular arasında Super Liqa, Çempionşip və kubok matçları təxirə salınıb. Bu oyunlar barəsində qərar növbəti həftə açıqlanacaq.

İngiltərə millisinin İtaliya və Danimarka ilə Londondakı yoldaşlıq oyunları isə ləğv olunub. Həmin oyunlara bilet alanlar 14 gün ərzində öz pullarını geri ala biləcək.

İnterpress.az