Hacıqabulda yük və minik avtomobilləri toqquşdu, ölən varbackend

Hacıqabulda yük və minik avtomobilləri toqquşdu, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki Bayraq meydanının yaxınlığında qeydə alınıb.

Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-2115” markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az