Əlilliyin müəyyən edilməsi ilə bağlı məsələ qaldırıldıbackend

Əlilliyin müəyyən edilməsi ilə bağlı məsələ qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ünvanlı sosial yardım yalnız ehtiyacı olanlara verilməlidir”.

İnterpress.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.

“Həm ünvanlı sosial yardımın verilməsi proseduru, həm də bu yardımın həcminin genişləndirilməsi məsələsinə parlamentdə baxılacaq”, – deyə M.Quliyev söyləyib.

O bildirib ki, yeni iş yerləri də yaradılmalıdır.

Deputat İlham Məmmədov isə qeyd edib ki, əlilliyin müəyyən olunması prosedurlarında çox böyük problemlər var.

“Təklifim budur ki, əlilliyin müəyyən edilməsi ilə bağlı Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə dinləmələr keçirsin”, – deyə İ.Məmmədov əlavə edib.

İnterpress.az